“Qəbələ” ilə oyundan sonra futbolçularıma ən böyük iradım geridönüş edə bilməməyimiz oldu”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Sumqayıt” ilə 2:2 hesablı heç-heçə edən “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Oyunun gərgin keçəcəyi məlum idi. Amma birinci hissə iki hücum oldu. Hər ikisi qol oldu. 2:0-dan sonra paltardəyişmə otağında onlara dedim ki, bu oyunu davam etməlisiniz. Futbolçularım ruhdan düşmədi. Geridönüş etdilər. Bəlkə də, qələbə də qazana bilərdik. Çox güc sərf elədik. Yorulduq. Azarkeşlərə təşəkkür edirik. Bizi çox dəstəklədilər. 3 xal qazana bilərdik. Amma belə çətin qarşılaşmada 1 xal belə bizim üçün önəmlidir. Yolumuza davam edirik”.
- Ayxanın zədəsi necədir?
- Ayağı burxulub. Ümid edirik ki, vəziyyəti yaxşıdır. Bu dəqiqə kimisə itirmək istəmirik. Kubok və çempionat oyunları var.
- Sanki artıq çəkisi var?
- Yox elə deyil. Biz onu normada saxlayırıq. Sadəcə, kök görünür. Biraz forması da dardı. Bədən quruluşu elədir. O, çox potensiallı oyunçudur. Ona çox inanırıq.
- Komanda arxaya çox oynayırdı. Bu, planlanmış bir taktika idi?
- Yox. Əvvəlcədən heçnə planlaşdırmamışıq. “Sumqayit” müdafiə olunurdu. Yol tapmaq olmurdu. Cinah tərəfdən asmalar etmək istədik. O da olmadı. İkinci yarı oyunu biraz dəyişdik. Rəqibin müdafiəsi və hesab bunu etməyə məcbur edirdi. Rəqib öndə idi. Qol buraxmaq istəmirdilər. “Sumqayıt” yaxşı komandadır. Onunla oynamaq elə də asan deyil.
- Fasilədə necə motivasiya verdiniz futbolçulara?
- “Qəbələ” ilə oyundan sonra futbolçularıma ən böyük iradım geridönüş edə bilməməyimiz oldu. Bu məni məyus edirdi. Çünki komandanın xarakterinə bələdəm. Futbolçularıma rahat olmalarını, özünə inanmalarını, hesabda geri də olsaq qalib gələcəyimizi dedim. Ottonun o iki epizodu necə qol olmadı. Özümdə gözləmirdim. Bu həftə futbolçular yaxşı hazırlaşmışdı. Meydanda alışıb-yanırdılar. Bu sözləri dedim.
- Transfer gözlənilirmi?
- Yəqin ki, dekabrda nələrsə olacaq. Rəhbərlik ilə görüşüb, müzakirə edəcəyik. İmkanlarımıza, turnir cədvəlinə baxacağıq. Zədəlilərimiz var. Bunları müzakirə edəcəyik. Istədiyimiz futbolçunu tapsaq, olacaq.
- Hakim narazılığı ilə bağlı bəyanatdan sonra müsbət nələrsə olurmu?
- Son oyunlar elə də səhvlər olmayıb. Etirazımız o zaman olub ki, qərar nəticəyə təsir edib.
- Budaq Nəsirov 2019-cu ildən klubsuz idi. Onunla 3 illik müqavilə imladınız…
- Budaq Nəsirov yaddan çıxmışdı. Heç kimin yadına düşmürdü. Biz komanda olaraq, həm də Tovuz yetirməsi olan oyunçuya o şansı verdik. Bəli, 0 3 ildir klubsuz idi. Son klubunda da vəziyyət yaxşı deyildi. Ona zaman lazımdır. O hazır olanda oynayacaq. Kubok oyununda şans düşdü. Ona görə də oynadı. əvəzedicilərlə oynayır. Hələ onu ala bilmirik. Ona mütəmadi oynamaq lazımdır. Onun futbola qayıtmasını istəyirik. Biz ona kömək edirik. Ondan da çox şey asılıdır. Budağın çətin durumları var. Biz ona dəstək oluruq. Türkiyəyə də apara bilmirik. Başqa kluba dakeçmək istəsə özü ilə müzakirə edəcəyik.