03 Dekabr 2023, 13:13
FUTBOL
"Klub nə qədər böyükdürsə, paltardəyişmə otağında da futbolçuların eqosu bir o qədər çox olur. Bu məsələ ilə ciddi məşğul olmaq məcburiyyətindəsən".
"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan TOP klublarda baş məşqçi kimi çalışmaqla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bəzi məsələlərlə ciddi məşğul olmağın önəmini vurğulayıb:
"Klub nə qədər böyükdürsə, paltardəyişmə otağında da futbolçuların eqosu bir o qədər çox olur. Bu məsələ ilə ciddi məşğul olmaq məcburiyyətindəsən. Əgər futbolçularla aranızda yaxşı münasibət varsa, onlar sizin fikirlərinizi bəyənirlərsə, işlər yolunda gedir. Futbolu hər zaman sevmişəm. Oyunçularımı daima topla oynamağa alışdırdım".
Fransalı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. O, Madrid klubu ilə birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub.