03 Dekabr 2023, 13:42
FUTBOL
"Doğma azarkeşlər önündə ardıcıl 2 dəfə oynadıq: öncə "Fiorentina" ilə, sonra isə "Frozinone" ilə. Hər iki matçda vacib qələbə qazandıq".
"Milan"ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının XIV turunun "Frozinone" ilə oyunundan sonra (3:1) açıqlama verib. Matc.az xəbər verir ki, o, ardıcıl 2 tur qələbə qazandıqlarını diqqətə çatdırıb:
"Doğma azarkeşlər önündə ardıcıl 2 dəfə oynadıq: öncə "Fiorentina" ilə, sonra isə "Frozinone" ilə. Hər iki matçda vacib qələbə qazandıq. Qət etməli olduğumuz yol uzundur. Yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyiriksə, daha stabil çıxış etməliyik".
Xatırladaq ki, "qırmızı-qaralar" hazırda ölkə çempionatının turnir cədvəlində 29 xalla üçüncüdür.