"Birinci hissə bizim üçün çətin keçdi. Fasilə zamanı futbolçulara heç-heçədən məmnun qalacağımızı söylədim. Komanda ilə ciddi söhbət etməyin zamanıdır".

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının XIV turunun "Nyukasl"la qarşılaşmasından (0:1) söz açıb. Matc.az xəbər verir ki, niderlandlı rəqibin qələbəyə layiq olduğunu dilə gətirib:
 
"Birinci hissə bizim üçün çətin keçdi. Fasilə zamanı futbolçulara heç-heçədən məmnun qalacağımızı söylədim. Komanda ilə ciddi söhbət etməyin zamanıdır. Final fitinə qədər oyundan qopmadıq. Serxio Reqilon yaxşı qol epizodları yaxaladı. Vurduğumuz qol ləğv edildi. Heç-heçəyə yaxın idik. Gəlin, etiraf edək ki, "Nyukasl" qələbəyə layiq idi".
 
"Mançester Yunayted" ölkə çempionatının turnir cədvəlində 24 xalla yeddinci, "sağsağanlar" isə 26 xalla beşincidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest