"Çətin qrupa düşdük. Lakin mübarizə aparacağıq. Almaniyaya qarşı baş tutacaq oyunu səbirsizliklə gözləyirik. Məhz belə amillər bizi həyata, futbola daha da bağlı edir".

İsveçrə milli komandasının baş məşqçisi Murat Yakın AVRO-2024-ün final mərhələsinin püşkatmasını dəyərləndirib. Matc.az xəbər verir ki, o, yer aldıqları A qrupunun digər iştirakçıları haqda danışıb:
 
"Çətin qrupa düşdük. Lakin mübarizə aparacağıq. Almaniyaya qarşı baş tutacaq oyunu səbirsizliklə gözləyirik. Məhz belə amillər bizi həyata, futbola daha da bağlı edir. Almaniyada əksəriyyət futbolla maraqlandığı üçün atmosfer əla olacaq.
 
Şotlandiyanın azarkeşləri çoxdur. Onlar turnirin seçmə qrup mərhələsində İspaniyanı məğlub etmişdilər. Macarıstan da qələbələri sıraladı. Eyni zamanda, onlar Millətlər Liqasında da inamlı çıxış etmişdilər".
 
Xatırladaq ki, Avropa çempionatı 2024-cü ilin 14 iyun-14 iyul tarixlərində Almaniyanın 10 şəhərində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest