İngiltərə Premyer Liqasında XIV tura "Mançester Siti" - "Tottenhem" oyunu ilə yekun vurulacaq. Matc.az xəbər verir ki, "şəhərlilər" evdə London təmsilçisini məğlub edərək, ikinci pillədəki möhkəmlətməyə çalışacaq.
 
Komandalarla bağlı bəzi statistik göstəriciləri təqdim edirik:
 
Heyətin ümumi dəyəri: "Mançester Siti" - 1.26 milyard avro, "Tottenhem" - 747.60 milyon avro;
Komandanın ümumi yaş ortalaması: "Mançester Siti" - 27.2, "Tottenhem" - 26.2;
Komandalarda oynayan yerli futbolçuların sayı: "Mançester Siti" - 21, "Tottenhem" - 22;
Komandalarda oynayan gənc yerli futbolçuların sayı: "Mançester Siti" - 3, "Tottenhem" - 5;
Komandalarda oynayan legioner futbolçuların sayı: "Mançester Siti" - 17, "Tottenhem" - 21.
 
Tərəflər arasında baş tutan son 10 matçın nəticəsi:
 
1. "Mançester Siti" - "Tottenhem" 1:0 (20 aprel 2019);
2. "Mançester Siti" - "Tottenhem" 2:2 (17 avqust 2019);
3. "Tottenhem" - "Mançester Siti" 2:0 (2 fevral 2020);
4. "Tottenhem" - "Mançester Siti" 2:0 (21 noyabr 2020);
5. "Mançester Siti" - "Tottenhem" 3:0 (13 fevral 2021);
6. "Mançester Siti" - "Tottenhem" 1:0 (25 aprel 2021);
7. "Tottenhem" - "Mançester Siti" 1:0 (15 avqust 2021);
8. "Mançester Siti" - "Tottenhem" 2:3 (19 fevral 2022);
9. "Mançester Siti" - "Tottenhem" 4:2 (19 yanvar 2023);
10. "Tottenhem" - "Mançester Siti" 1:0 (5 fevral 2023).
 
Pep Qvardiolanın komandası "Tottenhem" ilə son 10 qarşılaşmanın 4-də qələbə qazanıb. "Tottenhem"də isə bu göstərici 5-ə bərabərdir. Tərəflər cəmi 1 dəfə "sülh"ə razılaşıb.
 
Xatırladaq ki, London təmsilçisi bu gün keçiriləcək oyundan 3 xalla ayrılsa, "Mançester Siti" ilə son 5 qarşılaşmada 4-cü qələbəsini rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest