03 Dekabr 2023, 17:19
FUTBOL
21-ci əsrdə "İnter"in heyətində İtaliya A Seriyasında ən çox qol vuran futbolçuların adı açıqlanıb. Matc.az xəbər verir ki, birinci pillədə Kristian Vieri qərarlaşıb (2001-ci il, 28 qol).
Dieqo Milito ikinci (2012-ci il, 28 qol), Lautaro Martines isə üçüncü (2023-cü il, 27 qol) olub. Cari ilin sona çatmasına hələ 4 tur qalıb. Lautaro həmin matçlarda da fərqlənməklə, daha dəqiq desək, 2 qol vurmaqla, zirvəyə yüksələ bilər.
Xatırladaq ki, "neradzurra" bu gün ölkə çempionatının XIV turunda "Napoli" ilə qarşılaşacaq. Qarşılaşma 23:45-də start götürəcək.