"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının XIV turunun "Nyukasl"a məğlubiyyətindən sonra (0:1) ilk səkkizlikdə qərarlaşan rəqiblərlə dueldə qeydə alınan nəticələrdən söz açıb. Matc.az xəbər verir ki, o
 
"Bu sualı gözləyirdim. Problemlər həmişə olacaq. Bilirəm ki, onlara diqqətdə saxlamaq sizin işinizdir. Komanda səfərdə yaxşı oynaya bilər, evdə də yaxşı oynaya bilər...Bizdə indi problemlər var. Ancaq bunlar aradan qalxacaq. Dayanıqlı komandaya sahibik. Bunu "Mançester Siti" ilə oyundan sonra gördük. Ağır məğlubiyyət yaşadıq".
 
"Mançester Yunayted" ölkə çempionatının turnir cədvəlində 24 xalla yeddinci, "sağsağanlar" isə 26 xalla beşincidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest