Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2024-ün final mərhələsinin püşkatmasını dəyərləndirib. Matc.az xəbər verir ki, o,
 
"AVRO-2024-ün final mərhələsində İspaniya, İtaliya və Albaniya ilə eyni qrupda çıxış edəcəyik. Təbii ki, bu, turnirin ən çətin qrupudur. Məqsədimizin nə olduğunu bilirik. Qrup mərhələsini keçmək lazımdır. Mən buna inanıram. Turnirdə çempionluq yaşamış İtaliya ilə Millətlər Liqasının qalibi olan İspaniya ilə qarşılaşacağıq.
 
Bəlkə də, qrupdakı son oyunumuz həlledici olacaq. İtaliya hazırda çox yaxşı durumdadır. Titullarını qorumaq istəyəcəklər. Hazırlaşmaq üçün altı ay var. Ən əsas məsələ Luka Modriç, İvan Perişiç və Marselo Brozoviç kimi futbolçuların yaxşı formada olmasıdır".
 
Avropa çempionatı 14 iyun-14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest