Mən hücum futbolunu xoşlayan biriyəm. Müdafiəçi olsam da, komandam hücuma çıxanda mənim bacarıqlarım üzə çıxırdı. Oyuna başlayanda daha sakit, ehtiyatlı olmağı tapşırırıq

“Belə götürsək, oyunun gedişatı, turnir cədvəlindəki mövqeyimiz məni qane edirdi”.

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Neftçi”yə 1:0 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib: “Komandama təşəkkür edirəm. Çox yaxşı futbol oynadıq. İstəməzdik məğlub olaq. Qələbəyə köklənmişdik. Bu qələbənin bizimçün yaxşı üstünlük yaradacağını bilirdik. Qol imkanlarımız da oldu, dəyərləndirə bilmədik. Ani diqqətsizlikdən qol buraxdıq. Rəhman kimi oyunçu başla qol vurdu. Adətən onun zərbələrini görürdük. Qapımızdakı yeganə təhlükəli epizod qol oldu. Nə qədər çalışsaq da, qol vura bilmədik. Top qapıya girmirdi. Bu oyunu saxlayıb, üstünə əlavələr də etsək, mövsümün sonunda yaxşı yerlərdə ola bilərik. Komandamın oyunundakı inkişaf məni sevindirir. Hər baş məşqçi hər oyun qol vuran birini istəyər. Futbolçularımdan narazı deyiləm. İmkanımıza uyğun oyunçular gətirmişik. Nəticəyə təsir edən hansısa qərar olmadı. Ruan Renatonun sarı vərəqəsi düzgün deyildi. Epizodda heç qayda pozuntusu yox idi. İndi gələn oyunu buraxacaq. Oyunda fasilələr yarandı. Amma bunlar nəticəyə təsir etmədi, sadəcə atmosferi gərginləşdirir. Olur, nə isə. 4 müdafiəçi ilə oynayırdıq. Sadəcə hücuma başlayanda 3 nəfərlə başlayırdıq. Müdafiə olunanda isə 4. Qələbələrə çox yaxın olmuşuq. "Neftçi" ilə səfərdəki oyunlarımız daha yaxşı alınır. Ötən il 1:2 hesabıyla uduzduğumuz oyunda qələbəyə biz layiq idik. Bir dəfə öndə idik, 90+3-də qəribə penalti verildi. Həmin oyunda da İnqilab Məmmədov idi. Hücumu gücləndirmək üçün dəyişikliklər etdik. Məqsədim hücumu yaxşılaşdırmaq idi. Transfer dönəmində müzakirələr olacaq. "Neftçi"nin razı olub-olmayacağını bilmirik. Hakimlikdən danışarkən gərək epizodu izah edəsən. Mənə qarşı da bu il nəticəyə təsir edən səhvlər olub. "Sumqayıt"la oyunda da Zeblinin epizodu qırmızı vərəqə deyildi. Səhvlər qaçılmazdır. Bütün komandalara qarşı yanlışlıqlar olur. Lakin onu deyim ki, şəxsi fikrimcə, hakimlərimizin səviyyəsi artıb. Mən hücum futbolunu xoşlayan biriyəm. Müdafiəçi olsam da, komandam hücuma çıxanda mənim bacarıqlarım üzə çıxırdı. Oyuna başlayanda daha sakit, ehtiyatlı olmağı tapşırırıq. Lakin dəqiqələr keçdikdən sonra hücum potensialımızı artırmağa çalışırıq. Bu gün bizim təhlükəli epizodumuz daha çox idi. Belə götürsək, oyunun gedişatı, turnir cədvəlindəki mövqeyimiz məni qane edirdi. "Neftçi"dən 9 xal öndə idik. Onlar da ehtiyatlı oynayırdı. Futbol taktiki oyundur. Ən düzü də işarəti mümkün qədər düzgün qiymətləndirməkdir. Bu gün illah ki, "Neftçi" ilə 90 dəqiqə hücumda olmalıyıq demək, mənə görə, düz olmaz. Daha təhlükəli tərəf biz idik. Qoldan sonra da risklər etdik. Oyunun 60 dəqiqəsində daha çox pressinq tətbiq etmək, sonra hücumu gücləndirib qol vurmağı planlayırdıq. Təəssüf ki, oyun baxımından alındı, amma nəticə yox”. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest