İtaliya millisinin baş məşqçisi Luçano Spaletti 2024-cü il Avropa çempionatının püşkatma mərasimi haqda danışıb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “AVRO-2024- də İtaliya millisi İspaniya, Xorvatiya və Albaniya ilə eyni qrupda çıxış edəcək. Püşkatma daha yaxşı ola bilərdi. Amma onda biz 4-cü səbətdə olmazdıq. Bununla belə, biz İtaliya olduğumuzu heç vaxt unutmamalıyıq. İndi proqnoz vermək çətindir. Qarşıda hələ çox aylar var. Albaniya şübhəsiz ki, yaxşı təşkilatlanmış komanda olduğunu sübut etdi. Başa düşürük ki, çox şey formamızdan və turnirə necə hazırlaşmağımızdan və komanda şəklində necə işləməyimizdən asılı olacaq. Xorvatiya güclü və təcrübəli komandadır. Onların bəzi oyunçuları inkişaf edir, bəziləri isə artıq ən yüksək səviyyədədir. İspaniyaya gəlincə, futbolu sevən hər kəs bu cür problemdən həzz almalıdır. Onlarla matçda elə məqamlar olacaq ki, hətta on nəfərlə də qapımızı qorumalı olacağıq. Lakin biz həmişə hücuma meylli, cəlbedici futbol oynamağa çalışırıq”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest