03 Dekabr 2023, 21:56
FUTBOL
“Benfika"nın baş məşqçisi Rocer Şmidt komandanın yarımmüdafiəçisi Anxel Di Marianın gələcəyi ilə bağlı danışıb.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: "Biz Angelı daha bir mövsüm klubda saxlamağa çalışacağıq. Plan belədir. Di Maria ilə hər oyundan və məşqdən həzz alırıq. Baxacağıq, çalışacağıq".
Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm Di Maria "Benfika"nın heyətində 16 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.