04 Dekabr 2023, 10:27
FUTBOL
Azərbaycan Premyer Liqasında iki günü əhatə edən 9-cu heç-heçə seriyası qeydə alınıb. Matc.az xəbər verir ki, 9-cu belə hal XV turun startında baş verib.
Belə ki, turun ilk günündə “Araz-Naxçıvan” “Səbail”lə (1:1), “Turan Tovuz” isə “Sumqayıt”la (2:2) bərabərə qalıb.
XIV turun son günündə də iki heç-heçə qeydə alınmışdı. Həmin vaxt “Neftçi” ilə “Araz-Naxçıvan” (1:1), “Sumqayıt”la “Zirə” (0:0) xalları yarı bölmüşdülər.
Əvvəlki 8 seriyadan 7-də oyun sayı az olmuşdu. Sadəcə 14 il əvvəl iki fərqli turu əhatə edən iki gün ərzindəki 4 qarşılaşma heç-heçə yekunlaşmışdı. 2009-cu ilə dekabrın 6-da üç, 8-də bir matç keçirilib ki, onların hamısı bərabərliklə nəticələnib.
Bu, XIII tura təsadüf etmşdi. “İnter” – “Xəzər Lənkəran” və “Qəbələ” – “Qarabağ” oyunları 1:1, “Muğan” – “Simurq” və XIV turun “Karvan” – “Turan” matçları 0:0 hesabı ilə bitmişdi.