04 Dekabr 2023, 10:34
FUTBOL
Samir Abasovun yetirmələri “Turan Tovuz”la görüşdə qollu (2:2) bərabərliyə imza atıb. “Gənclik şəhəri” təmsilkisinin səfərdə ilk heç-heçəsi 2010-11 mövsümündə olub. Komanda 2011-ci il sentyabrın 18-də “Rəvan”la qolsuz bərabərə qalıb.
Azərbaycan Premyer Liqasının XV turu 2 komandanın yubileyi ilə əlamətdar olub. Matc.az xəbər verir ki, onlardan “Sumqayıt” 50-ci dəfə səfərdən heç-heçə ilə dönüb.
Samir Abasovun yetirmələri “Turan Tovuz”la görüşdə qollu (2:2) bərabərliyə imza atıb. “Gənclik şəhəri” təmsilkisinin səfərdə ilk heç-heçəsi 2010-11 mövsümündə olub. Komanda 2011-ci il sentyabrın 18-də “Rəvan”la qolsuz bərabərə qalıb.
“Araz-Naxçıvan”la görüşdə məğlubiyyətdən son anda qurtulan “Səbail” (1:1) isə çempionatda 40-cı, səfərdə isə 20-ci dəfə heç-heçə edib. Bakılıların ilk heç-heçəsi 2017-18 mövsümünə təsadüf edib. Qəsəbə təmsilçisi 2017-ci il noyabrın 25-dəki səfər matçında “Sumqayıt” 0:0 hesabına razılaşıb.