Premyer Liqanın XV turunda “Səbail”lə qarşılaşmanın son dəqiqələrində topu öz qapısından keçirən Kurdiç “Araz-Naxçıvan”ın heyətində avtoqola imza atan ilk oyunçu olub. Məhz bunun sayəsində görüş 1:1 hesabı ilə başa çatıb.

Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə düşüb. Matc.az xəbər verir ki, bosniya və herseqovinalı müdafiəçi avtoqol müəllifi olaraq bunu reallaşdırıb.
 
Premyer Liqanın XV turunda “Səbail”lə qarşılaşmanın son dəqiqələrində topu öz qapısından keçirən Kurdiç “Araz-Naxçıvan”ın heyətində avtoqola imza atan ilk oyunçu olub. Məhz bunun sayəsində görüş 1:1 hesabı ilə başa çatıb.
 
“Araz-Naxçıvan” futbolçusu öz qapısına qol vuran 45-ci komanda olub. Bu baxımdan “Neftçi” hamını qabaqlayır. Bakılıların oyunçuları 23 dəfə rəqibi sevindiriblər. “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan”ın hərəsi 18 belə halla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest