“Barselona”nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər. Matc.az xəbər verir ki, polşalı forvardın sözləşməsindəki bənd buna imkan verir.
 
Belə ki, ulduz futbolçu 2024-25 mövsümündə oyunların 55%-dən azında iştirak etsə, klub müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Onun anlaşması 2026-cı ilin yayına qədərdi.
 
Qeyd edək ki, Robert Levandovski bu mövsüm bütün turnirlərdə 17 matçda 8 qol və 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest