Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” baş məşqçisiz qalıb. Matc.az xəbər verir ki, Superliqa təmsilçisi Patrik Klyuvertlə yollarını ayırıb.
 
Buna səbəb komandanın XIV turda öz meydanında “Samsunspor”a 2:3 hesablı məğlubiyyəti olub. Qarşılaşmada çərçivəni qoruyan Məhəmmədəliyev 3 dəfə mərkəzə dəvət olunub. Görüşün ardından klub rəhbərliyi 47 yaşlı niderlandlı çalışdırıcı ilə vildaşıb.
 
Qeyd edək ki, “Adana Dəmirspor” hazırda 23 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest