04 Dekabr 2023, 16:29
FUTBOL
“Nyukasl” qapıçısı Nik Poupu uzun müddətə itirib. Matc.az xəbər verir ki, o, Premyer Liqanın XIV turunda “Mançester Yunayted”lə (1:0) görüşdə çiynindən aldığı ciddi zədə səbəbindən 4-5 ay yaşıl meydanlardan kənarda qalacaq.
“Sağsağanlar” artıq yeni qapıçı axtarışına başlayıb. Əsas namizəd “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xeadı. İspaniyalı qolkiper nisbətən aşağı maaşa razı olsa, keçid baş tutacaq.
Qeyd edək ki, “Nyukasl” hazırda Premyer Liqada 5-ci yerdədi. Komanda 14 matçda 26 xal toplayıb.