04 Dekabr 2023, 18:23
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Cud Bellinqhem baş məşqçisi Karlo Ançelottinin narazı olduğu bir məsələ haqda danışıb .
Matc.az xəbər verir ki, Ançelotti dəfələrlə müsahibələrində və mətbuat konfranslarında Bellinqhemi tərifləyib. Hətta onu Zinəddin Zidan və Kaka kimi Madrid klubunun əfsanələri ilə müqayisə edib. Futbolçu açıqlamasında deyib: “Mən hələ də ispan dilində danışmıram. Bağışlayın, amma bu dillə bağlı gözlənilməz maneələrlə üzləşirəm. Mənim üçün çətindir. Etiraf edirəm. Hər halda, hər cür səy göstərəcəyimə söz verirəm, buna zəmanət verirəm. Bilirəm çalışdırıcının ən böyük istəyi budur. Çalışacam”.