04 Dekabr 2023, 17:33
FUTBOL
“Bunun üçün öz üzərimdə çalışıram. İnkişafımızı davam etdirməli, daha çox qol vurmalıyıq. Həm mən, həm də komanda yoldaşlarım görüşlərdə fərqlənmək istəyirik”
“Çətin olsa da, uğurlu oyun keçirdik. Xüsusən də, ikinci hissədə yaxşı təsir bağışladıq”. Bunu matc.az saytına açıqlamasında “Neftçi”nin hücumçusu Andre Şinyaşiki deyib.
Braziliyalı hücumçu Premyer Liqanın XV turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri görüşü dəyərləndirib. O, bu qalibiyyətin komandaya çox fayda verəcəyini düşünür: “Azarkeşlər həmişə qələbəyə layiqdi. Onlar turnir cədvəlindəki mövqeyimizə görə narazılıqlarını bildirirlər. Bu üzdən “Zirə” ilə qarşılaşmadan 3 xalla ayrılmaq vacib idi. Qələbəni də azarkeşlərimizə həsr edirik. Düşünürəm ki, bu nəticə qarşıdakı matçlara hazırlıq baxımından üçün bizə kömək olacaq”.
26 yaşlı forvard qol yollarında sıxıntı yaşamasına da aydınlıq gətirib: “Bunun üçün öz üzərimdə çalışıram. İnkişafımızı davam etdirməli, daha çox qol vurmalıyıq. Həm mən, həm də komanda yoldaşlarım görüşlərdə fərqlənmək istəyirik”.
Qeyd edək ki, “Neftçi” hazırda 22 xalla 6-cı pillədə qərarlaşıb. “Ağ-qaralar” növbəti turda dekabrın 10-da “Turan Tovuz”la qarşılaşacaq.