04 Dekabr 2023, 17:51
FUTBOL
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen şiddətli bel ağrıları yaşamaqda davam edir. Matc.az xəbər verir ki, almaniyalı qolkiper bu üzdən kataloniyalıların son üç oyununu buraxıb.
Ter Ştegenin vəziyyəti getdikcə pisləşdiyindən, tibbi personal təcili həll yolu axtarmağa başlayıb. Çıxış yollarından biri ağrının təbii şəkildə azalmasına imkan vermək üçün bir neçə həftəlik fasilə verməkdi. Ancaq belədə sonradan davam edən narahatlıq riski var.
Həkimlərin üstünlük verdiyi başqa seçim isə fəqərələr arasındakı təzyiqi aradan qaldırmaq üçün əməliyyatdı. Bu halda bərpa müddəti 4-6 həftə çəkəcək. Əməliyyat keçirərsə, qapıçı 2023-cü ilin son ayında meydana çıxmayacaq.