Bazar günü "Bayer" Bundesliqanın 13-cü turunda Dortmund "Borussiya"sı ilə heç-heçə edib (1:1) və bu mövsüm məğlubiyyətsizlik seriyasını artırıb.

Matc.az xəbər verir ki, Leverkuzen klubu 2023-2024 mövsümündə bütün yarışlarda 20 oyun keçirib, 18-də qalib gəlib, 2-də heç-heçə edib.

Beləliklə, Xabi Alonsonun komandası Liqa 1-in 14-cü turunda "Nitsa"nın "Nant"a uduzmasından (0:1) sonra bu mövsüm Avropanın top 5 liqasında məğlub olmayan yeganə komandadır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest