Avropanın 4 klubu “Kopenhagen”in vingeri Roni Bargi ilə maraqlanır. Matc.az xəbər verir ki, bunlar “Barselona”, “Bayer”, “Yuventus” və “Çelsi”di.
“Kopenhagen” akademiyasının yetirməsi olan 18 yaşlı oyunçu əsas komandaya qədər yüksəlib.
 
Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
 
Qeyd edək ki, isveçli futbolçu bu mövsüm 28 oyun keçirib, 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest