06 Dekabr 2023, 20:50
FUTBOL
“Mançester Yunayted"in braziliyalı vingeri Antoni uşaqlıqda kumirinin Kristiano Ronaldo olduğunu etiraf edib.
Matc.az xəbər verir ki, futbolçu bu barədə yerli mətbuata deyib: “Mən Kristiano Ronaldoya heyranlıqla böyümüşəm. Bu adam bir fenomendir! Onunla görüşmək gerçəkləşən bir arzu idi”.
Qeyd edək ki, 23 yaşlı braziliyalı 2022-ci ilin avqustunda “Mançester Yunayted”ə keçdi və qalmaqallı müsahibəsindən və “Əl-Nəsr”ə getməzdən əvvəl Ronaldo ilə bir neçə ay eyni komandada keçirməyi bacardı.