İrlandiya millisinin sabiq futbolçusu Ceyms Makklinin karyerasını fərqli istiqamətdə davam etdirmək ehtimalı gündəmə gəlib. Matc.az xəbər verir ki, 37 yaşlı futbolçu futboldan sonra sosial şəbəkələrdə tanınan şəxslərin iştirak etdiyi boks qarşılaşmalarına qatılmaq istəyir.
Bir müddət əvvəl “Derri Siti” ilə yollarını ayıran Makklin britaniyalı televiziya siması Coi Essekslə rinqdə qarşılaşmaq arzusunda olduğunu bildirib.
Futbolçu uzun müddətdir boksla məşğul olduğunu və bu idman növündə özünü sınamaq istədiyini deyib. Bununla belə, o, futbol karyerasını tam başa vurduğunu açıqlamayıb.
Makklin karyerası ərzində “Sanderlend”, “Vest Bromviç”, “Uiqan” və “Reksem” kimi klublarda çıxış edib. O, İrlandiya millisinin heyətində də uzun müddət oynayıb.
Qeyd edək ki, futbolçunun növbəti addımı hələ rəsmiləşməyib.












_1793388838.jpg)
