“Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu səsvermədə Rahim Sterlinq (Çelsi), Ceremi Doku (Mançester Siti), Entoni Qordon (Nyukasl), Markus Tavernier (Bornmut) və Tomas Kaminskini (Luton) geridə qoyub. Maquayr Premyer Liqada "Mançester Yunayted"in noyabrda keçirdiyi hər üç matçda iştirak edib. Onların hər biri klubun “quru” qələbəsi ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest