“Zirə” ilə oyunun əhəmiyyətini başa düşürük. Ən yüksək səviyyədə hazırlaşırıq”. Matc.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Aksel Nqando klubun mətbuat xidmətinə müsahibəsində deyib.

Fransalı yarımmüdafiəçi XVI tur görüşünə hazır olduqlarını bildirib: “Baş məşqçinin tapşırıqlarını məşqlərdə maksimum dərəcədə icra etməyə, özümüzü yaxşı tərəfdən göstərməyə çalışırıq. Asan olmayacaq. Rəqib turnir cədvəlinin yuxarı pillələrindədi. Azərbaycanda ilk matçım məhz “Zirə”yə qarşı olub. Müdafiədə etibarlı oynayan komandadı. İndiyə qədər cəmi 8 qol buraxmaları buna sübutdu. Yenə də qol vurmaq üçün imkanlarımız olacaq. Əsas odu ki, həmin şansdan dəqiq istifadə edək. Bunu bacaracağımıza inanıram. Son 4 oyunda qələbə qazana bilmədiyimiz üçün bu qarşılaşma bizim üçün vacibdi”.

O, ötən turda “Səbail”lə görüşün son dəqiqələrində qol vuraxmalarının kollektivə pxisoloji təsir göstərmədiyini söyləyib: “Son saniyədə qol buraxmağımız bizi təəccübləndirdi. Halbuki daha çox qolla meydandan 3 xalla ayrıla bilərdik. Rəqibdən daha yaxşı idik. Futbolda bu cür hal ilk dəfə deyil. Heç kim heç nədən sığortalanmayıb. “Zirə”yə qarşı son matçdakı kimi oynasaq, qələbə qazana bilərik”.

30 yaşlı oyunçu “Səbail”lə matçda avtoqol müəllifi olan komanda yoldaşı Numan Kurdiçin üzr istədiyini əlavə edib: “Səhvinə görə hər kəsdən üzr istədi. Bilərəkdən edilən hərəkət deyildi. Böyük səhv olsa da, biz onu başa düşürük. Hər birimiz bu situasiya ilə qarşılaşa bilərik. Futbol səhvlərlə doludu”.

Qeyd edək ki, “Zirə” – “Araz-Naxçıvan” oyunu dekabrın 9-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest