“Şahdağ Qusar” ölkə futbolu tarixində çempionatda ən azı 200 qələbə qazanan 11-ci komandadı. Qusarlıların ilk uğurlu çıxışı 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.

II Liqada çıxış edən “Şahdağ Qusar” üçün XIII turda “Göygöl”lə oyun əlamətdar olub. Matc.az xəbər verir ki, rəqibini 4:0 hesabı ilə məğlub edən qusarlılar Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.

Komanda bunun 8-ni cari mövsüm II Liqada reallaşdırıb. 1992-ci ildən ölkə çempionatlarında mübarizə aparan komanda fasilələrlə Premyer Liqada 59, I Liqada 133 dəfə 3 xala sevinib. “Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış komanda 200-cü qələbə üçün 558 matç keçirməli olub.

“Şahdağ Qusar” ölkə futbolu tarixində çempionatda ən azı 200 qələbə qazanan 11-ci komandadı. Qusarlıların ilk uğurlu çıxışı 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest