07 Dekabr 2023, 14:00
FUTBOL
“Çelsi”nin qapıçısı Robert Sançes 2 il yarımlıq tilsimi qırıb. Matc.az xəbər verir ki, o, Premyer Liqa oyununda penalti dəf etməklə bunu reallaşdırıb.
Sançes XV turda “Mançester Yunayted”lə görüşün (1:2) 9-cu dəqiqədə Bruno Fernandeşin penalti zərbəsini qaytarıb.
Halbuki buna qədər liqada “Çelsi”nin qapısına təyin olunan son 10 penaltinin hamısı qolla nəticələnmişdi. Sonuncu dəfə Eduard Mendi 2021-ci ilin mayında “Mançester Siti” ilə qarşılaşmada penalti qaytarmışdı.
Qeyd edək ki, “Çelsi” hazırda 19 xalla 10-cu yerdədi.