Minifutbol üzrə Azərbaycan çempionatında I turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun 8 qarşılaşması baş tutub.

Son çempion “Birbaşa Bakı” mövsümə qələbə ilə başlayıb. Adıçəkilən komanda “Abşeron”u asanlıqla məğlub edib.

İddialılardan “Zirə” də aktivinə 3 xal yazdırıb. “Zirə” “Odlar Yurdu”dan güclü olub.

İlk turda qapılara ümumilikdə 51 qol vurulub.

 

I tur

“Real Bakı” – “Atəşgah” 4:3

“Abşeron” – “Birbaşa Bakı” 1:5

“Turan” – “Galaxy” 4:2

“Veteran” – “Baku Fire” 7:1

“Dinamo Gəncə” – “Siyəzən” 4:3

“İnter” – “Sumqayıt” 4:2

“Zirə” – “Odlar Yurdu” 4:1

“Dirçəliş” – “Aznur” 1:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest