“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caberlə bağlı problemlər bitmir. Premyer Liqanın son iki turunu buraxan israilli futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək. Məsələ burasındadı ki, 29 yaşlı orta sahə oyunçusu topuğundan xəsarət alıb.
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caberlə bağlı problemlər bitmir. Matc.az xəbər verir ki, Premyer Liqanın son iki turunu buraxan israilli futbolçu hələ bir müddət komandasına kömək edə bilməyəcək.
Məsələ burasındadı ki, 29 yaşlı orta sahə oyunçusu topuğundan xəsarət alıb. O, bu üzdən daha iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın XVI turunda “Turan Tovuz”la qarşılaşacaq. Dekabrın 10-da “Neftçi Arena”da keçiriləcək görüş saat 18:00-da başlayacaq.