07 Dekabr 2023, 16:04
FUTBOL
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken” yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az xəbər verir ki, İsveç klubu Finlandiyanın HİK komandası ilə qarşılaşıb.
Görüş “Hekken”in 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. İsveçdə mövsüm bitdiyindən, Göteborq təmsilçisi “Qarabağ”la son rəsmi matça bu cür sınaqlarla hazırlaşır.
Qeyd edək ki, “Qarabağ” – “Hekken” oyunu dekabrın 14-də Bakıda keçiriləcək.