07 Dekabr 2023, 16:43
FUTBOL
Pol Poqba 4 il müddətinə futboldan uzaqlaşdırıla bilər. Matc.az xəbər verir ki, buna səbəb onun dopinq qəbul etməsidi.
Antidopinq prokurorları 30 yaşlı yarımmüdafiəçinin 4 illik cəzalandırılmasını istəyirlər.
Avqustun 20-də oyunçunun testosteron üçün dopinq testi müsbət nəticə vermişdi. Təkrar test ilkin nəticəni təsdiqləyib. Bu səbəbdən Fransa millisinin üzvü müvəqqəti futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilə qədərdi.