"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"ni rəqib saymır.

Matc.az xəbər verir ki, Pep Qvardiolanın komandası ardıcıl 4 turdur ki, Premyer Liqanın qalibi olmur və “Aston Villa”ya məğlubiyyət (0:1) "şəhərlilər"i turnir cədvəlinin dördüncü pilləsinə endirib. Klopp bu barədə yerli mətbuata açıqlama verib: “Əgər kimsə “Mançester Siti”ni yazırsa, bu, futbol tarixindəki ən böyük zarafatdır. Onlar bizim rəqibdirlər. Bunun mənası yoxdur. “Arsenal” da çempionluq yarışındadır və hər növbəti oyun 0:0 hesabı ilə başlayır. Kimin titul qazanacağı barədə heç bir fikrim yoxdur. Belə bir cədvəllə hər şey çox çətin və streslidir. Apreldə bu barədə məndən bir daha soruşun”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest