07 Dekabr 2023, 17:42
FUTBOL
“Real”ın hücumçusu Vinisius Junior 2024-cü ilin yanvarında yaşıl meydanlara qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı braziliyalı gələn il yanvarın 10-da keçiriləcək İspaniya Superkubokunun yarımfinalında “Atletiko” oyunda məşqçilər korpusunun ixtiyarında ola bilər. Həkimlər onun həmin vaxt dönəcəyinə ümid edir.
Qeyd edək ki, noyabrda Vinisiusun bud əzələsinin yırtılması diaqnozu qoyulub. O, DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə görüşdə (1:2) zədələnib.