07 Dekabr 2023, 19:58
FUTBOL
Lionel Messinin 2023-cü ilin yayında Amerikanın "İnter" klubuna keçidi futbol dünyasını şoka salsa da, onun bu keçidinin təsiri idmandan kənarda da hiss olunur.
Matc.az xəbər verir ki, moda jurnalı "Vogue" Messinin Amerika mədəniyyətinə təsirini qeyd edərək, "Inter"in üzərində Messinin adı olan çəhrayı ev formasını 2023-cü ili müəyyənləşdirəcək 15 dəbdən biri adlandırıb. Pişik gözlü gün eynəyi, COS çantaları və Britni Spirsin "The Woman in Me" kitabı ilə yanaşı, Messinin çəhrayı köynəyi 2023-cü ilin əsas geyiminə çevrilib.