07 Dekabr 2023, 21:50
FUTBOL
“Real”ın hücumçusu Vinisius Junior fərdi məşqləri bərpa edib.
Matc.az xəbər verir ki, dekabrın 7-də braziliyalının məşqdən fotoları internetdə paylaşıb. Vinisius noyabrda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya ilə matçda (1:2) bud əzələsindən zədələnib. Daha sonra “Real” oyunçunun zədəsini açıqlayıb və media braziliyalının təxminən iki ay yarım yaşıl meydandan uzaq qalacağını bildirib. Vinisius yəqin ki, daha tez meydana qayıda biləcək. Braziliyalı İspaniya Superkubokunun 2024-cü il yanvarın 10-da keçiriləcək "Atletiko” ilə yarımfinal matçı üçün sağalmağı gözləyir.