07 Dekabr 2023, 22:21
FUTBOL
“Əl-Hilal"ın hücumçusu Neymar sosial şəbəkədə "Santos"un Braziliya çempionatının yüksək divizionundan (A seriyası) aşağı düşməsi ilə bağlı paylaşım edib.
Matc.az xəbər verir ki, dekabrın 7-də "Santos" doğma meydanda "Fortaleza"ya uduzaraq (1:2) liqada qalmaq şanslarını itirib. Bu, klubun 111 illik tarixində ilk dəfə baş verib. Futbolçu bununla bağlı paylaşım edib: “Müqəddəslər” həmişə müqəddəs olacaqlar. Yenə gülümsəyəcəyik”.
Qeyd edək ki, braziliyalı "Santos"un tələbəsidir.