07 Dekabr 2023, 22:44
FUTBOL
“Yuventus”, “Milan” və İtaliya yığmasının sabiq yarımmüdafiəçisi Andrea Pirlo baş məşqçi Pep Qvardiolanın onu 2010-cu ildə “Barselona”ya dəvət etdiyini etiraf edib.
Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “O vaxt “Milan”ın İbrahimoviçi transfer etmək şansı var idi və Qvardiola ondan “Barselona”ya getmək istəyib-istəməyəcəyimi soruşdu. Sonra İbra “Milan”a gəldi. Mən də klubda qaldım. Sonra Qvardiola mənə dedi ki, mənim köçməyimi istəyir. O, məni “Brescia” günlərindən tanıyırdı. Baxmayaraq ki, biz birlikdə oynamamışıq”.
Qeyd edək ki, Andrea Pirlo peşəkar futbolçu karyerasını 2017-ci ildə başa vurub.