08 Dekabr 2023, 09:33
FUTBOL
Uğursuz mövsüm keçirən Kiyev “Dinamo”su qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Matc.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, adıçəkilən komanda icarə əsasında başqa klublarda yer alan oyunçularını qaytarmaq fikrinə düşüb.
Kiyevlilərin 8 oyunçusu hazırda başqa ölkədə icarədədi. Onlardan biri də “Sabah”ın formasını geyinən Kahim Parrisdi. Maraqlıdı ki, komandaya qayıtması ən real olan futbolçu da məhz yamaykalıdı. Çünki “Sabah” onu birdəfəlik transfer etmək fikrindən uzaqdı. Buna səbəb Parrisin ümidverici oyun göstərməməsidi.
Düzdü, bakılılar 23 yaşlı vingeri mövsümün sonuna qədər icarəyə götürüb. Lakin tərəflərin istəyinə uyğun Parris qış fasiləsində də Ukraynaya qayıda bilər.
Qeyd edək ki, Kahim Parris bu mövsüm “Sabah”ın heyətində Premyer Liqada 11 oyun keçirib.