Premyer Liqa təmsilçisi Sanço, Varan və Kasemironun satışından əldə olunacaq gəlirlə yeni transfer almağı planlaşdırır.

“Mançester Yunayted” qış fasiləsində heyətində təmizləmə işləri aparacaq. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” bəzi ulduz futbolçuları üçün təklifləri dinləməyə hazırdı.
 
Rəhbərlik xüsusən də yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan və hücumçu Ceydon Sançonu satmaq niyyətindədi. Baş məşqçi Erik ten Haq adıçəkilən oyunçuların kollektivə mənfi təsir göstərdiklərini düşünür. Niderlandlı mütəxəssisin bu qərara gəlməsinə əsas səbəb isə bu futbolçuların onunla yola getməməsidi.
 
Premyer Liqa təmsilçisi Sanço, Varan və Kasemironun satışından əldə olunacaq gəlirlə yeni transfer almağı planlaşdırır.
 
Qeyd edək ki, “Mançester Yunayted” hazırda 27 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest