"Azarkeşlərimizin kumiri “Gümüş top” və “Qızıl top”u alıb. O, sadəcə bombardirdən daha çoxdu, “Qremio” üçün meydanda dahidi"

“Qremio”nun 37 yaşlı hücumçusu Luis Suares 2023-cü ildə Braziliya çempionatının ən yaxşı futbolçusu seçilib. Matc.az xəbər verir ki, bu barədə klub paylaşım edib:
 
“Başqa cür ola bilməz. Luis Suares 2023-cü ilin ən yaxşı hücumçusu və futbolçusu seçilib. Azarkeşlərimizin kumiri “Gümüş top” və “Qızıl top”u alıb. O, sadəcə bombardirdən daha çoxdu, “Qremio” üçün meydanda dahidi”.
 
Qeyd edək ki, uruqvaylı forvard Braziliya A seriyasında keçirdiyi 33 oyunda 17 qol vurub, 11 məhsuldar ötürmə verib. “Qremio” isə çempionatda 2-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest