08 Dekabr 2023, 10:26
FUTBOL
“Barselona” qapıçısı Mark-Andre ter Ştegeni uzun müddətə itirib. Matc.az xəbər verir ki, buna səbəb almaniyalı qolkiperin səhhətində yaranan problemdi.
Belindəki ağrılar səbəbindən komandanın son üç rəsmi qarşılaşmasını buraxan 31 yaşlı oyunçu Fransada belindən əməliyyat olunub. Onun 2-3 ay kollektivdən uzaq qalacağı bildirilib. Klub aparıcı qapıçısının Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa qədər sağalmasını gözləyir.
Qeyd edək ki, ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir.