“Palmeyras”ın hücumçusu Endrik bu mövsüm Braziliya A seriyasında 10 qol vurub. Matc.az xəbər verir ki, bununla o, Neymarın rekordunu yeniləyib.
 
Belə ki, Neymar 2009-cu ildə “Santos”un heyətində 10 qol həddinə 17 yaş 304 günündə çatıb. Endrik isə 17 yaş 132 günündə bunu reallaşdırıb.
 
Qeyd edək ki, “Palmeyras” tarixində 12-ci dəfə Braziliya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest