“İnter Mayami”nin kapitanı Lionel Messi Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının texniki direktoru Maykl Emenalo bununla bağlı açıqlama verib.
 
O bildirib ki, argentinalı hücumçunu qəbul etməyə hazırdılar: “Messi gələn mövsüm bura gəlməyə qərar versə, onu məmnuniyyətlə qarşılayacağıq. Səudiyyə Ərəbistanı Pro Liqası gəlmək istəyən hər bir superulduza açıqdır”.
 
Qeyd edək ki, Lionel Messi yay fasiləsində PSJ-dən ayrılaraq “İnter Mayami”yə keçib. Onun MSL klubu ilə müqaviləsi 2025-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest