Üçqat dünya çempionu Pelenin adını daşıyan xeyriyyə fondu "Santos" Braziliya A Seriyasını tərk etməsinə münasibət bildirib. Matc.az xəbər verir ki, sözügedən qurum öncə Pelenin sitatını diqqətə çatdırıb.
 
 
Daha sonra B Seriyasına yuvarlanan Sau Paulu təmsilçisinə dəstək nümayiş etdirib: "Pele həmişə belə deyirdi: "Zəfəri əldə etmək nə qədər çətindirsə, onu qazanmağın verdiyi xoşbəxtlik duyğusu tamamilə başqadır". "Santos" bizim qeyd-şərtsiz sevgimiz olmağa davam edəcək. Onlar çətinliklərə baxmayaraq, daha güclü dönəcəklər. Çətinliklərin öhdəsindən hamılıqla gələcəyik. Hər zaman "Santos"la birlikdə olacağıq".
 
Pele ağır və uzun sürən xəstəlikdən sonra, 29 dekabr 2022-ci ildə vəfat edib. 
 
Xatırladaq ki, "Santos" yeni mövsüm B Seriyasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest