Yeni oyunçulara ehtiyacımız var. Amma mövsümün əvvəlində arxa xəttdəki futbolçuların zədəsinə görə müdafiə xəttini oturtmaq çətin oldu. Taktiki bir-iki səhvimiz var. Buraxılan qolların çoxu da fərdi səhvlərdən olub.
“Sıx qrafikdə templi futbol oynamaq çətindir”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “zİrə”ni 1:0 hesabı ilə məğlub edən “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib: “Çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynadıq. "Zirə" ən az qol buraxan komandadır. Kənardan asan görünə bilər, lakin bu gün çox çətin oldu. Futbolçularımıza inanırdıq. Taktiki savaş gedirdi. Rəşad Sadıqov sürpriz etməyi xoşlayır. Fərqli sistemlə oynadılar. Azarkeşlərimizi təbrik edirəm. Əvvəlki oyunlarda da yaxşı oynayırdıq, amma məğlub olurduq. Qarşıda kubok oyunu var. Kubokda "Zirə" ilə oynayacağıq. Sıx qrafikdə templi futbol oynamaq çətindir. Bir yol tutmuşuq və gedəcəyik. Çətinliklər, enişlər olacaq. Bunları keçməliyik. Futbolçularıma da demişdim, futbol xarakter oyunudur. Bu gün meydanda mübarizəmizi gördüm”.
Çalışdırıcı çətinlik çəkdiklərini etiraf edib: “Bu, bizim hücumçularımıza qarşı qoyulmuşdu. Bəzi epizodlarda müdafiəçilərlə hücumçular sanki güləşirdi. Çətinlik çəkdik. İlk hissədə yaxşı epizodlarımız oldu. Müdafiədə də diqqətli olmalıydıq. Onların hücum xəttində keyfiyyətli oyunçular var. Bu da oyundan-oyuna gedirik”.
Baş məşqçi buraxılan qolların öz səhvləri olduğunu deyib: “Ötən il bəzi oyunlarda qələbə qazanırdıq, narazılıq edirdilər. Deyirdilər ki, uduzaq, amma yaxşı futbol oynayaq. Düzdür, hər sözə görə fikir dəyişmirik. Mənim baxışımda müdafiə və hücum yoxdur. Böyük komandalar bunu kompakt şəkildə edir. Hücuma daha çox diqqət edirik, çünki oyunçularımız hücumameyillidir. Bu oyunçuların gəlişi bir çox dəyişikliyə səbəb oldu. Düzdür, bəzi oyunçular yaxşı çıxış etmir, qane etməyənlər var. Yeni oyunçulara ehtiyacımız var. Amma mövsümün əvvəlində arxa xəttdəki futbolçuların zədəsi müdafiə xəttini oturtmaq çətin oldu. Taktiki bir-iki səhvimiz var. Buraxılan qolların çoxu da fərdi səhvlərdən olub.”