İngiltərənin “Everton” klubu futbolçusu Cek Qrilişi intizam qaydalarını pozduğuna görə heyətdən kənarlaşdırıb. Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində “Nyukasl”a qarşı keçirilən görüşdə komandasına kömək edə bilməyib.
Klubun yaydığı açıqlamada Qrilişin intizam qaydalarını pozduğu üçün oyuna buraxılmadığı bildirilib.
İngiltərə mətbuatının məlumatına görə, futbolçu icazəsiz şəkildə məşqə qatılmayıb. Onun bu hərəkətinə görə cərimələnəcəyi də gözlənilir.
“Everton”un baş məşqçisi Devid Moyes məsələ ilə bağlı açıqlamasında qərarın klub tərəfindən qəbul edildiyini və bunu dəstəklədiyini bildirib.
Maraqlıdır ki, Qrilişin yoxluğuna baxmayaraq, “Everton” “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
Qeyd edək ki, Cek Qriliş “Mançester Siti”dən icarə əsasında “Everton”da çıxış edir.













