FIBA Avropa Kubokunun müntəzəm mövsümünün C qrupunda mübarizə aparan "Gəncə" basketbol klubuna texniki məğlubiyyət verilib. Matc.az xəbər verir ki, FIBA Bolqarıstanın "Rilski Sportist" komandası ilə Samokov şəhərində keçirilməli olan qarşılaşmaya gələ bilmədiyi üçün meydan sahiblərinə 20:0 hesablı texniki qələbə verib.

Qeyd edək ki, "Gəncə" Şengen vizası ala bilmədiyi üçün Bolqarıstana yollana bilməyib.Bu məğlubiyyətdən sonra turnir cədvəlində komandaların sıralamasında yerdəyişmə olub. Belə ki, "Gəncə" 5 xalla sonuncu – 6-cı sıraya düşüb. "Rilski Sportist" isə 5 xalla 5-ci sıraya yüksəlib. Bolqarıstan təmsilçisi həm şəxsi oyunun nəticəsinə, həm də top fərqinə görə "Gəncə"ni qabaqlayır.    prosport.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest