16 Dekabr 2023, 21:37
FUTBOL
"Luton"un müdafiəçisi və kapitanı Tom Lokyer İngiltərə çempionatının 17-ci turunun "Bornmut"la matçında huşunu itirib.
Matc.az xəbər verir ki, hadisə 59-cu dəqiqədə Lokyerin rəqibi ilə təmasda olmadan mərkəz dairəsinə yaxın sahədə yıxılması zamanı baş verib. 29 yaşlı uelsli xərəkdə meydandan çıxarılıb və hakim komandaları soyunub-geyinmə otaqlarına aparmaq qərarına gəlib. Daha sonra Britaniya mətbuatında Lokyerin özünə gəldiyi barədə məlumatlar yayılıb.
Bu, Lokyerlə bağlı ilk belə hadisə deyil. O, may ayında Premyer Liqada “Koventri” ilə oyunda da yıxılmışdı.